Pakistan hərbçiləri Hindistanla əlaqəli 17 döyüşçünü məhv ediblər

28
Apr
2025
22:56

Pakistanın Xeybər-Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsində təhlükəsizlik qüvvələri 17 döyüşçünü zərərsizləşdirib.

Azreform.info xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, döyüşçülər Əfqanıstan sərhədi yaxınlığında məhv ediliblər.

Pakistan rəsmilərinin versiyasına görə, onlar Hindistanla əlaqəli olublar.(oxu.az)