“Qalatasaray”ın futbolçusu Hakim Ziyeş komandadan ayrılmağa hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, bunu ulduz futbolçunun menceri Cord Qardi Türkiyə mətbuatına açıqlamasında deyib:
“Ziyeşin “Qalatasaray” macərası yaxşı başladı, amma yaxşı davam etmədi. Klub rəhbərliyinə ayrılmaq istədiyimizi bildirmişik. Bizə heç bir maneə yaratmayacaqlar” - deyə o qeyd edib.
Qeyd edək ki, “Qalatasaray” Hakim Ziyeşi ötən ilin avqust ayında “Çelsi”dən icarəyə götürüb. Mərakeş millisinin üzvü İstanbul klubunda 14 rəsmi matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.