TÜRKSOY təşkilatının Baş katibi Sultan Rayev Azərbaycanı və digər türkdilli ölkələri Yeni il münasibətilə təbrik edib.
Azreform.info xəbər verir ki, təşkilatın Baş katibi “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“2024-cü ilin sağlamlıq, xoşbəxtlik və sülh gətirməsini arzu edirəm”, - Sultan Rayev qeyd edib.
O, paylaşımına Azərbaycan da daxil olmaqla təşkilata üzv olan digər ölkələrin bayraqlarını əlavə edib.