Tailandın Mayton adası (Phuket əyaləti) ərazisində turist qayığının qayalığa çırpılması nəticəsində bir rusiyalı qadın həlak olub, altı Rusiya vətəndaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
“Azreform.info ” xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Phuketdəki baş konsulu Vladimir Sosnov bildirib.
“Yerli vaxtla təxminən saat 15:00-da Mayton adası ərazisində turistləri daşıyan qayalığa çırpılıb. Bir rusiyalı qadın ölüb, daha 6 Rusiya vətəndaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib”, – o açıqlayıb.