Şəhərlərə hücum etməyin! - BMT-dən ÇAĞIRIŞ

31
Dek
2023
17:28

BMT baş katibinin köməkçisi Xalid Hiari Təhlükəsizlik Şurasının Belqorodla bağlı keçirilən iclasında münaqişə tərəflərini insanların məskunlaşdığı ərazilərə, mülki obyektlərə və mülki şəxslərə hücum etməməyə çağırıb.

Azreform.info modern.az-a istinadən xəbər verir ki, o, “Biz həm Ukraynada, həm də Rusiyada şəhər, qəsəbə və kəndlərə edilən bütün hücumları birmənalı şəkildə pisləyirik”, - deyə bildirib.

Hiari əlavə edib ki, mülki şəxslərə və infrastruktura hücumlar beynəlxalq humanitar hüququ pozur: “Bunlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır”.