Həm Ermənistan rəhbərliyi, həm də Fransa rəhbərliyi indi ən layiqli insanlardan uzaqdır

14
Noy
2023
17:15

Azreform.info xəbər verir ki, bunu Rusiyalı politoloq, PolitRUS ekspert-analitik şəbəkəsinin yaradıcısı Vitali Arkov Fransanın Ermənistana silah tədarükünü şərh edərkən deyib. O, qeyd edib ki, həm Ermənistan rəhbərliyi, həm də Fransa rəhbərliyi indi ən layiqli insanlardan uzaqdır:

“Ona görə də Parisin İrəvana satdığı silahların müstəqil auditini aparsanız, demək olar ki, onların əksəriyyətinin metal qırıntıları olduğu üzə çıxacaq. Yəni mənəvi və fiziki cəhətdən köhnəlmiş silahlardır. Hansılar ki, silinməli və xaric edilməlidir. Lakin fransız və erməni siyasətçiləri bundan yaxşı pul qazanmağa qərar verdilər. Hər şeyin yeni və müasir təchizat kimi görünməsi üçün. 

Xatırladığımız kimi, həm Emmanuel Makron, həm də Nikol Paşinyan hkimiyyətə korrupsiyaya qarşı mübarizə şüarları ilə gəlmişdilər. Lakin korrupsiya onları məğlub etdi - həm Makron, həm də Paşinyan bu gün korrupsiyanın təcəssümüdür. Ona görə də Fransanın Ermənistana verdiyi keyfiyyətsiz silahlar, hesab edirəm ki, qonşu Azərbaycanın təhlükəsizliyinə real təhlükə törətmir”.