“ABŞ Prezidenti Co Bayden 418 gün, yəni prezidentlik müddətinin 39%-ni məzuniyyətdə olub”.
Bu barədə ABŞ Respublikaçılar Milli Komitəsinin Məzuniyyət Trekeri məlumat verib.
Bildirilib ki, Yeni il ərəfəsində Ağ Ev rəhbəri ailəsi ilə birlikdə Vircin adalarında istirahət edir.
O, bir neçə ailə üzvü ilə birlikdə Vircin adalarına Sent-Kruza uçub. Ağ Ev Co və Cil Baydenlərə kimin qoşulacağını isə açıqlamayıb.
Bayden ailəsi bir həftə tropik cənnətdə dincələcək və yanvarın 3-də Vaşinqtona qayıdacaq. Onlar dənizin sahilindəki “Two Palms Villa”da yerləşiblər.