Çin gəmisi ilə Sinqapur tankeri toqquşdu: itkin düşənlər var

30
Dek
2023
22:28

Çinin balıqçı gəmisi Bohay dənizində Sinqapur tankeri ilə toqquşub.

Axar.az xəbər verir ki, Çinin Şandon vilayətinin yaxınlığında baş verən qəza nəticəsində balıqçı gəmisinin 8 heyət üzvü itkin düşüb.

Hazırda ərazidə axtarış işləri aparılır.