Yeni il ərəfəsində Fransada yüksək terror təhlükəsi ilə əlaqədar olaraq təhlükəsizlik tədbirləri gücləndirilir.
“Azreform.info ” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Yerli hüquq-mühafizə orqanlarından verilən məlumata görə, yeni il bayramında təkcə paytaxt Parisdə 6 min polis asayişi qoruyacaq. Həmçinin 10 minlərlə yanğınsöndürən və 5 min əsgər səfərbər olunacaq.
Daxili İşlər Nazirliyindən bildirilib ki, polislər ilk dəfə olaraq Pilotsuz Uçuş Aparatlarından istifadə edəcəklər.