"Probasiya fəaliyyəti haqqında" yeni qanun layihəsi hazırlanır

29
Dek
2023
18:14

Azərbaycanda "Probasiya fəaliyyəti haqqında" yeni qanun layihəsi hazırlanır.

Azreform.info xəbər verir ki, bunu Report-a Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadov deyib.

Xidmət rəisi bildirib ki, yeni qanun layihəsində beynəlxalq təcrübədə geniş tətbiq olunan məhkəməyədək məruzənin hazırlanması, cəza təyin edilərkən nəzərə alınan hallar barədə - təqsirləndirilən şəxsin davranışı, mənəvi-psixoloji keyfiyyəti, sosial durumu, ailə vəziyyətinə dair sənədin məhkəməyə təqdim olunması nəzərdə tutulub.