Çində bir neçə ay bundan əvvəl “itən” müdafiə naziri postuna yenisi təyin edilib.
Azreform.info xəbər verir ki, Çin parlamenti ölkənin müdafiə nazirli postuna Çin Hərbi Dəniz Qüvvələrinin baş komandanı Donq Junu təyin edib.
Qeyd edək ki, bir neçə ay bundan əvvəl dünya mediasında müdafiə naziri Li Şanfunun itməsi barədə məlumat yayıldı. Lakin cari ilin oktyabrın 24-də Li Şanfunun Çin lideri Si Cinpinin müvafiq fərmanı ilə vəzifəsindən uzaqlaşdırıldığı bəlli olub.
Yeni nazir Admiral Donq Jun 2021-ci ildən Hərbi Dəniz Qüvvələrinin baş komandanı vəzifəsində çalışır.
Mürtəza
Azreform.info