Hollandiya: Rusiya ilə müharibəyə hazır olmalıyıq

29
Dek
2023
14:00

Rusiyanın anladığı tək dil var, o da güclü ordudur.

Azreform.info xəbər verir ki, bunu Hollandiya Quru Qoşunlarının komandanı general-leytenant Martin Vijnen “De Telegraaf”a açıqlamasında deyib.

Hollandiyanın Rusiya ilə münaqişəyə daha hazırlıqlı olmasının vacibliyini bildirən Vijnen bunun “hər kəsin dəbilqə taxmağa başlayacağı” anlamına gəlmədiyini, ölkəsinin İsveç, Finlandiya və Baltikyanı ölkələrdən nümunə götürməsinin zəruriliyini vurğulayıb. 

Onun sözlərinə görə, Hollandiya Rusiyadan 1500 kilometr uzaqda olduğu üçün təhlükəsizliyinin təmin edildiyini düşünmək olmaz.  Hollandiya öyrənməlidir ki, işlər pis gedəndə bütün cəmiyyət hazır olmalıdır: “Ona görə də Rusiya ilə müharibəyə hazır olmalıyıq. Çünki Rusiyanın anladığı tək bir dil var, o da gücdür”.

Mürtəza
Azreform.info