Türkiyənin Afyonkarahisar şəhərində yaşayan Taner adlı gənc ev sahibini öldürdükdən sonra intihar edib.
Azreform.info Türkiyə mediasına istinadla xəbər verir ki, buna səbəb anasının ev sahibi Yüksəl ilə münasibətini öyrənməsi olub.
Belə ki, Yüksəllə müzakirəsi davaya çevrildikdən sonra Taner ona tapança ilə atəş açıb. Gənc daha sonra öz evinə gedib və eyni silahla intihar edib.
Ətrafdakıların xəbər verməsindən sonra əraziyə polis və tibbi personal cəlb edilib.
Cəsədlər yarılma üçün morqa aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Günay