ABŞ-ın neft ehtiyatları azalıb

29
Dek
2023
07:14

ABŞ-da kommersiya məqsədli neft ehtiyatları həftə ərzində 6,9 milyon barel azalaraq dekabrın 22-nə 436,6 milyon barel təşkil edib.

Azreform.info xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Nazirlikdən qeyd olunub ki, cari ehtiyat səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta göstəricidən təxminən 1% aşağıdır.