Almaniya Rusiyanın aktivlərini dondurdu

29
Dek
2023
04:28

Dekabrın əvvəlindən etibarən Almaniya Avropa İttifaqının sanksiyalar rejimi altında təxminən 4,1 milyard avro dəyərində Rusiya aktivlərini dondurub.

Azreform.info ” xəbər verir ki, bu barədə jurnalistlərə brifinqdə Almaniya Maliyyə Nazirliyinin (MN) nümayəndəsi bildirib.

“Buraya sanksiyalara məruz qalan bütün aktivlər, dondurulmuş pullar, fiziki şəxslərin iqtisadi resursları, habelə Rusiya Mərkəzi Bankının bloklanmış aktivləri daxildir”, - o vurğulayıb.(Report)