Polşa müxalifəti dövlət mediasının ləğvi ilə bağlı prokurorluğa müraciət edəcək.
Azreform.info xəbər verir ki, bu barədə Hüquq və Ədalət Partiyasının mətbuat katibi Rafal Boxenek jurnalistlərə bildirib.
“Senkeviçin qanunsuz addımları və qanunlara və konstitusiyaya, eləcə də məhkəmə qərarlarına zidd olaraq ən kiçik hüquqi əsas olmadan partiyanın namizədlərini ictimai mediaya yerləşdirmək üçün ardıcıl cəhdləri ilə əlaqədar olaraq, biz tezliklə prokurorluğa müvafiq bəyanatlar göndərəcəyik”, - R.Boxenek deyib.
Xatırladaq ki, daha əvvəl Polşanın mədəniyyət və milli irs naziri Bartolomey Senkeviç maliyyələşdirilmənin dayandırılması ilə əlaqədar dövlət mediasını ləğv etmək qərarına gəldiyini açıqlamışdı.
Qeyd edək ki, bu yaxınlarda Polşa Prezidenti Ancey Duda dövlət mediasının maliyyələşdirilməsinə 3 milyard zlotı (təxminən 770 milyon ABŞ dolları) ayrılmasını nəzərdə tutan büdcəətrafı qanun layihəsinə veto qoyub.