BƏƏ BMT TŞ-nin iclasının keçirilməsini tələb edib

29
Dek
2023
00:56

Birləşmiş Ərəb Əmirlikləri dekabrın 29-da İordan çayının qərb sahilindəki vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib.

Azreform.info xəbər verir ki, bu barədə BƏƏ-nin BMT yanında daimi nümayəndəliyinin mətbuat katibi Şahad Matar "X" sosial şəbəkəsində bildirib.

Matar qeyd edib ki, silahlıların zorakılığı və İsrailin reydləri ilə bağlı xəbərlər münaqişənin siyasi perspektivlərini risk altına qoyur.