Rusiyanın “Pantsir” sisteminin yenilənmiş versiyası artıq cəbhə xəttindədir.
Azreform.info xəbər verir ki, bu barədə Polşanın “İnteria” portalı məlumat yayıb.
Bildirilib ki, modernləşdirilmədən sonra sistemin hədəfi aşkar etmək və vurmaq məsafəsi xeyli təkmilləşdirilib.
Hədəf aşkarlama və izləmə sistemi, eləcə də optik-elektron kompleks 75 kilometrə qədər məsafədə kiçik hədəfləri müəyyən etməyə qadirdir və yeni idarə olunan raketlərin istifadəsi vurma məsafəsini 10 kilometr əvəzinə 40 kilometrə qədər artırıb.(axar.az)