Telefonda gördükləri şoka saldı, biabırçı əməllərinin üstü açıldı - Təfərrüat

28
Dek
2023
19:35

Türkiyənin Konya şəhərində 2 qoyun və 1 keçini itirən 22 yaşlı çoban sürü sahibləri tərəfindən döyülərək cinsi istismara məruz qalıb. 

Azreform.info Türkiyə mediasına istinadla xəbər verir ki, daim zorakılığa məruz qalan və qadın paltarı geyindirilən çoban görüntüləri ilə təhdid edilib. 

Hadisə 2022-ci ilin may ayında baş verib. Heyvan sahibləri çobandan itmiş heyvanların pulunu ödəməsini istəyib. Çoban bu pulu ödəyə bilməyəcəyini bildirib. 

Onlar çobana 12 dekabr 2023-cü il tarixinə qədər yanında qalacağını, qalmadığı təqdirdə 20 min ilə 50 min lirə arasında pul ödəyəcəyini bildirən sənəd imzaladıblar.

Daha sonra telefonu xarab olan mal sahibi yaşadığı nasazlığı aradan qaldırmaq üçün dostundan kömək istəyib. O, telefona baxarkən görüntüləri görüb.

Görüntüləri görən şəxs başqa iki dostunu çağırıb. Onlar cinayətkarları tutaraq polisə təhvil verib. 

Şübhəlilərin müsadirə edilən mobil telefonlarına baxış zamanı cinsi təcavüz videoları və bir çox qurbanın seksual məzmunlu videoları aşkarlandığı qeyd edilib. 

Məhkəmə iki nəfərin hər birini “cinsi təcavüz” cinayətinə görə 12 il, “böhtan”a görə 1 il, “şəxsi həyatın toxunulmazlığını pozma”ya görə isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edib. 

Həmçinin cinayətkarları bağlayaraq döyüb polisə təhvil verən şəxslər “zor tətbiq etməklə, hədə-qorxu və aldatma yolu ilə şəxsi azadlıqdan məhrum etmə” cinayətinə görə 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Günay