Azərbaycanda 5 yaşlı uşaq civə uddu

4
Fev
2025
11:42

Ağdaşda azyaşlı civədən zəhərlənib.

Azreform.info Lent.az-a istinadən xəbər verir ki, hadisə Pirəzə kəndində baş verib.

Kənd sakini 5 yaşlı N.Alxazzadə yaşadığı evdə ağzında termometr sındırıb. Nəticədə uşaq civədən zəhərlənib. O, civənin toksiki təsiri diaqnozu ilə xəstəxanaya gətirilib.

Xəstəxanada tibbi yardım göstərildikdən sonra azyaşlı evə buraxılıb.