Adətən yumurtanı qaynatmadan yemək təhlükəli hesab olunur.
“Medicina” xəbər verir ki, çiy yumurta salmonella səbəbindən risklidir, hətta ölümcüldür.
Amma qablaşdırmada, qutuda xüsusi markirovka olarsa, o yumurtanı çiy qəbul etmək olar.
Nutrisoloq Yelena Droqavçeva üzərində “D” yazılan, yəni dietik olan təzə yumurtaların heç bir təhlükəsi yoxdur.
“Dietik yumurta o hesab olunur ki, mənfi dərəcə temperaturda saxlanmayıb və 7 sutka ərzində istifadə olunmalıdır. Bir sözlə, dietik yumurta hansısa fərqli bir sort deyil, sadəcə təzə yumurtadır, istifadə müddəti azdır.
Yumurtanın ömrü saxlandığı temperaturdan asılıdır. Mənfi dərəcədə yumurta 2-3 ay saxlana bilər.
Dietik yumurtalar isə cəmi 1 həftə saxlanılır.
Yumurtanı soyuduca sivri hissəsi üzü aşağı şəkildə düzün, bu, onun keyfiyyətini, ömrünü artırır”.