Türkiyədə yeni doğulan uşaqların ölümündə təqsirli bilinən və “yeni doğulmuş qruplaşması” adlandırılan həkimlərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülər hiddət doğurub.
Azreform.info xəbər verir ki, görüntülərdə həkimlərdən birinin yeni doğulan körpəyə şillə vurduğu, daha sonra isə yanaqlarını bərk sıxdığı görünür.
Həkim bu hərəkətləri edərkən “bir az qəmzə düzəldək” sözlərini işlədib.
Görüntülər Türkiyədə kəskin narazılıq yaradıb.
Qeyd edək ki, “yeni doğulmuş qruplaşması”na daxil olan həkimlər 21 uşağın şübhəli ölümündə təqsirli bilinir. Qruplaşmanın liderlərinin İstanbuldakı bir çox xözəl xəstəxananın neonatal reanimasiya şöbəsini işlətmək məqsədilə alan həkimlər Fırat Sarı, İlker Gönen və təcili yardımın sürücüsü Qiyasəddin Mert Özdemir olduğu açıqlanıb.
İddiaya görə, qruplaşma üzvləri 112 təcili çağrı mərkəzində işləyən şəxslərlə əlbir olaraq vəziyyəti pis olan çağa uşaqları əvvəlcədən razılaşdıqları xəstəxanalardakı neonatal reanimasiya şöbəsinə köçürərək olnların ölümünə səbəb olub və haqsız qazanc əldə edib.
Cinayətkar təşkilatın əsas məqsədinin xəstəxanalarda icarəyə götürdükləri neonatal reanimasiya şöbələrində doluluğu təmin etmək, xəstələrin olduğundan daha ağır vəziyyətdə göstərərk sığortadan daha çox ödəniş almaq olduğu bildirilib.
Məlumata görə, qruplaşma bu yolla azı 1 milyard lirə qazanc əldə edib.
Körpələrə verilən bəzi dərmanlar çöldə qazanc üçün satılmaq məqsədilə dayandırılıb və uşaqların ölümünə öz yumulub.
Hadisə 2023-cü ilin yanvar ayında İstanbul İl Sağlamlıq Müdirliyinin özəl xəstəxanalarında yoxlama aparan həkimin (T.E.) Prezident Əlaqə Mərkəzinə (CİMER) etdiyi müraciətlə aşkarlanıb.
İttiham aktında şübhəlilər həkimlər Fırat Sarı və İlker Gönen üçün “ehtiyatsızlıqdan qəsdən adam öldürmək”, “cinayət törətmək məqsədilə qruplaşma yaratmaq”, “rəsmi sənədlərin saxtalaşdırılması” və s. maddələrlə ümumilikdə 177 il 6 aydan 582 il 9 aya, təcili tibbi yardımın sürücüsü Qiyasəddin Mert Özdemirin isə 180 ildən 589 il 9 aya qədər həbsi tələb olunur.
“Yeni doğulmuş qruplaşma”sının işinə Bakırköy 22-ci Ağır Cinayətlər Məhkəməsində baxılır.
Billurə Yunus