Bəzi kütləvi informasiya vasitələrinə maliyyə yardımı artırılacaq

18
Noy
2024
11:21

2025-ci ildə bəzi kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsinə 65,1 milyon manat maliyyə yardımı nəzərdə tutulub.

Azreform.info xəbər verir ki, bu Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcə zərfində qeyd edilib.

2024-cü illə müqayisədə bu 0,3% çoxdur.

Bu vəsait "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, "Mir" Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulub.