Paşinyan üçün yaddaş həbi - VİDEO

16
Noy
2024
22:07

44 günlük müharibədən sonrakı ilk aylarda Ermənistanın çaşqınlığını və hamımızın yaxşı xatırladığı kimi, özünüidarəetmə qabiliyyətini itirdiyini (nokdaundan sonra olduğu kimi) görən qalib Azərbaycan dövləti özü münaqişədən sonrakı prosesin başlanması təşəbbüsü ilə çıxış etdi.

Bu prosesin finiş xətti isə sülh sazişinin imzalanması olmalı idi.

Azreform.info xəbər verir ki, bu barədə "Caliber" "YouTube" kanalının növbəti süjetində bəhs edilir.

"Təəccüblüdür ki, İrəvan siyasətçiləri Bakının bu cür xoşməramlı addımını və katastrofik hərbi məğlubiyyətdən sonra onların qarşısında açılan yeni perspektivi qiymətləndirmək əvəzinə, qibtə ediləcək inadkarlıqla bu prosesi sabotaj etməyə və ləngitməyə üstünlük verdilər.

Deyən lazım idi ki, sizə başqa nə lazımdır! Qarabağ həmişəlik öz doğma qucağına qayıtdı. "Miasum" dönməz şəkildə məlum istiqamətə göndərildi! Danılmaz olanı danmağa cəhd etmək revanşa ümidvar olmaq deməkdir. Sülhə alternativ isə yeni müharibədir ki, bu da, az-çox ayıq düşüncəli ermənilərin özlərinin də etiraf etdiyi kimi, bu dövlətin dünyanın siyasi xəritəsindən tamamilə yox olmasına gətirib çıxaracaq", - deyə materialda bildirilir.

Daha ətraflı videosüjetdə: