İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dekabrın 19-da növbəti dəfə torpaq hərracları keçirəcək.
Azreform.info xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Məlumata görə, hərraclar ƏMDX-nın Gəncə, Ucar, Bərdə, Xaçmaz, Cəlilabad və Şəkidə yerləşən ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 21 torpaq sahəsi çıxarılacaq.
Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.