Deputat COP29 tədbirinin boykot edilməsi çağırışına münasibət bildirib

12
Noy
2024
10:21

BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) boykot etmək zəifliyin bariz sübutudur.

Azreform.info xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov COP29 tədbirinin boykot edilməsi çağırışına münasibət bildirərkən söyləyib.

“Bu kimi beynəlxalq tədbirləri boykot etmək faktiki zəifliyin və böhranın içərisində olmağın bariz sübutudur. Ona görə ki, bu, Azərbaycanın yox, BMT-nin tədbiridir. Deməli, onlar öz maraqlarını ödəmək üçün bütün dünyanı boykot etməyə hazırdırlar. Gördüyünüz kimi, nə boykot, nə də hansısa sanksiyalara çağırış alınır. Çünki dünyadakı problemlər bu gün burada ən yüksək səviyyədə müzakirə olunur”, – deputat deyib.

Xatırladaq ki, daha əvvəl S. Seyidov Bakının AŞPA ilə konstruktiv əməkdaşlığa hər zaman hazır olduğunu açıqlamışdı.