Dövlət Gömrük Komitəsinin Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şəhid ailələri və qazilər, Akademiyanın rəhbərliyi, əməkdaşları və tələbələri iştirak ediblər.
Tədbirin açılışında ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Zəfər Gününün Azərbaycanın tarixindəki əhəmiyyətindən danışaraq 2020-ci ildə əldə edilən qələbənin yalnız hərbi zəfər deyil, həm də milli birliyin və həmrəyliyin təcəssümü olduğunu qeyd edib. Akademiya rəisi Azərbaycan Ordusunun antiterror əməliyyatları nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunduğunu qeyd edərək, tarixi qələbənin əldə olunmasında şücaət və qəhrəmanlıq göstərən şəhidlərimizə rəhmət, qazilərə isə şəfa diləyib.
Daha sonra şəhid Həsənağa Abdullazadənin atası Şakir Abdullayev, şəhid Ağacavad Mütəllimzadənin anası Nailə Mütəllimzadə, şəhid Rəşad Novruzovun anası İlahə Məmmədova, şəhid Tahir Əliyevin atası Mahir Əliyev çıxış edərək 30 il sonra Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, övladlarının vətən uğrunda göstərdikləri qəhrəmanlıqdan bəhs ediblər.
Tədbir şəhidlərimizin xatirəsinə həsr olunmuş bədii kompozisiya ilə davam edib.