Şabran sakini göbələkdən zəhərlənib.
Azreform.info APA-ya istinadən xəbər verir ki, Şabran rayon sakini, 1970-ci il təvəllüdlü Nürəddin Quliyev zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib.
Məlum olub ki, 54 yaşlı N.Quliyev meşədən göbələk yığıb, bişirərək yeyib. Göbələk yedikdən sonra özünü pis hiss edib.
Ona tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur.