Azərbaycanda ilan sancan hamilə qadın ana oldu

7
Noy
2024
14:14

Bir müddət əvvəl yeddiaylıq hamilə qadının ilan sancması səbəbi ilə Ağstafa rayonundan Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunan pasiyentin körpəsi dünyaya gəlib.

Azreform.info  xəbər verir ki, bu barədə KTM məlumat yayıb.

Bildirilib ki, 31.10.2024-cü il tarixində Ağstafa rayonundan KTM-in doğum şöbəsinə gətirilən qadın fəsadlaşmış analıq anamnezi ilə Ginekoloji patologiya şöbəsinə qəbul olunub.

Daxil olduğu gündən noyabrın 6-sına qədər ana müvafiq müayinələrdən keçib və stasionar şəkildə müalicələr alıb.

Noyabrın 6-da ananın və dölün perinatal mühafizəsi məqsədilə tibbi göstərişlərə əsasən, hamiləlik keysəriyyə kəsiyi əməliyyatı ilə sonlandırılıb.

Çəkisi 3 kq, boyu 51 sm olan uşaq (kişi cinsli) dünyaya gəlib.

Hazırda ananın və körpənin vəziyyətləri kafidir.