"Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Tofiq Quliyev kimi gözəl bəstəkarlarımız olub. Bütün yazılan əsərlər balacadan tutmuş yaşlılara qədər onların beyinlərə həkk olunub, tarixə yazılıb və bu heç vaxt silinməz".
Azreform.info xəbər verir ki, bu sözləri müğənni Emma Ələkbərzadə "Günə bax" verilişində deyib. Sənətçi indiki gənclərin dinlədikləri mahnılara görə utandığını bildirib:
"Övladım Davidin 2 yaşı olanda "Şəbi-hicran" kamera orkestrinin ifasına qulaq asırdı. Onu heç kim öyrətməmişdi. 44 günlük Vətən müharibəsində Qarabağa aid mahnıları oxuyurdu. İndiki cavanların nə dinlədiyini eşidəndə çox utanıram. Xoşbəxtəm ki, övladım belə musiqiləri dinləmir. Qoy, sənətkarları dinləsin".