İrəvan absurd ittihamdan əl çəkməlidir

4
Noy
2024
21:49

Ötən ilin sentyabrında Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda o vaxtki marionet xunta rejiminə qarşı həyata keçirilən bir günlük lokal antiterror tədbirləri qeyri-qanuni silahlı dəstələrin tam məğlubiyyəti ilə başa çatıb.

Azreform.info xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilir.

Münaqişənin həlli üçün Qarabağın Azərbaycandan tam və dönməz şəkildə ayrılmasından başqa hər hansı digər modelləri düşünmək istəməyən və hətta eşitmək belə istəməyən "Miatsum" ideoloqlarının barışmaz mövqeyi elə bir vəziyyət yaratdı ki, buna siyasət elmində "sıfır şanslı oyun" adlanır - yəni çıxış yolu olmayan labirint. Bu ideoloqlar cavab olaraq təklif etdiyimiz və hər iki tərəfin qazanclı olacağı bir ssenarini rədd etdilər. Halbuki, əgər razılaşsaydılar həm Azərbaycanın ərazi bütövlüyü pozulmayacaq, həm də onlar öz evlərində yaşamağa davam edəcəkdilər.

Daha ətraflı "Caliber"in yeni süjetində: