Serbiyanın ikinci ən çox əhalisi olan Novi Sad şəhərində dəmiryol vağzalında beton örtünün uçması nəticəsində xeyli sayda insan ölüb və yaralanıb.
Azreform.info xəbər verir ki, baş vermiş fəlakətlə bağlı Serbiya prezidenti Aleksandr Vuçiç ölkədə matəm elan edib.
Bildirilir ki, hadisə nəticəsində 14 nəfər ölüb, 30-a yaxın insan yaralanıb.
“Ümid edirik ki, bu, son rəqəmdir - 14 nəfər ölüb. Bunlardan 5 nəfərin kimliyini müəyyən edə bilmədik”, - Vuçiç faciədən bir neçə saat sonra deyib.
Serbiya hakimiyyəti şənbə günü matəm günü elan edib.
Bədbəxt hadisə beton örtünün uçması nəticəsində baş verib. Qopan ötrü skamyalarda oturan insanların üzərinə düşüb.
Mürtəza
Azreform.info