“Bu gün Azərbaycanın nəqliyyat infrastrukturu təkmilləşdirilir. Bunun nəticəsi olaraq Gəncəyə və Qərb bölgəsinə müasir avtobusların və sürətli qatarların sayı artırılır. Lakin buna baxmayaraq müəyyən texniki problemlər qalmaqdadır və diqqətimi bu problemlərin həllinə yönəltməkdir”.
Azreform.info xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sürətli qatarlarla gedənlərə ikinci yükün və ya baqajın keçirilməsinə imkan verilimir və bu da sərnişinlərin ciddi narazılığına səbəb olur. “Nəticədə qatara miniş zamanı çoxlu problemlər yaranır. Bir deputat kimi mən özüm də belə halların şahidi olmuşam. Bu istiqamətdə məsələ qaldırılsa da, həlli tapılmayıb. Elə olub ki, nəticədə özüm sərnişinin yükünün birini özümlə keçirməli olmuşam. Aidiyyəti qurumlar bunu bir şəxsin daha çox yük pulsuz yük daşımasının qarşısını almağa xidmət etməsi ilə izah ediblər”, - o qeyd edib.
Deputat vəziyyətdən çıxış yolu kimi təklif edib ki, sərnişinlərə ikinci yükü və ya baqajı keçirmək fürsəti tanınsın: “İkinci və ya üçüncü yük üçün əlavə vəsait ödənilsin. Çünki insanlar tələbə övladalırının yanına və yaxud qonaq gedirlər və bu səbəbdən də əlavə baqajları olur. Ona görə də təklif edərdim ki, əlavə yük keçirmək üçün əlavə vəsait ödənilməsi tətbiq edilsin”.
Mürtəza
Azreform.info