Azər Allahverənov vətəndaşların qəbulunu keçirib

28
Okt
2024
10:45

 

26 oktyabr 2024-cü il tarixdə Milli Məclisin deputatı Azər Allahverənov Kürdəxanı bələdiyyəsinin inzibati binasında Kürdəxanı qəsəbəsində yaşayan vətəndaşların qəbulunu keçirib.

Qəbulda iştirak edən qəsəbə sakinləri mənzil-məişət, yaşayış şəraiti, sosial və digər məsələlərlə bağlı müraciətlərini ediblər.

Qaldırılan məsələlər aidiyyəti üzrə baxılması üçün müvafiq qaydada qeydə alınıb.

Müraciət edən vətəndaşların diqqətinə çatdırılıb ki, hər bir məsələyə ayrı-ayrılıqda baxılacaq və onların həll olunması istiqamətində zəruri addımlar atılacaqdır.

Atılan bütün addımlar barədə vətəndaşlar aidiyyəti üzrə məlumatlandırılacaqlar.