Azərbaycanla Pakistan arasında üç Saziş təsdiqlənib

25
Okt
2024
16:21

2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” təsdiq edilib.

Azreform.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Prezidentin digər Fərmanı ilə 2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi” də təsdiqlənib.

İlham Əliyevin başqa bir Fərmanı ilə həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” təsdiq edilib.