"Qərbi Azərbaycanın şirin inciləri” kitabının təqdimatı olub

13
Okt
2024
19:52

 

Oktyabrın 12-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi çərçivəsində Azərbaycan Milli Kulinariya Assosiasiyasında ( AMKA)hazırlanmış “Qərbi Azərbaycanın şirin inciləri” kitabının təqdimatı olub.

Kitabın təqdimatı 20 oktyabr-Beynəlxalq Kulinariya gününə həsr edilib. Tədbir kitabın ön sözünün müəllifi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinın icraçı direktoru Aygün xanım Əliyevanın çıxış nitqi ilə açıldı .

XANƏDAN Etno Restoranında keçirilən tədbirdə Naxçıvan Dövlət Universitetinin ( NDU) müəllim ,tələbə heyəti və AMKA-nın Naxçıvan üzrə nümayəndəsi fəal iştirak etdi. NDU- nun nümayəndə heyətinin təqdim etdiyi süfrə , süfrəni bəzəyən quramalar, iştirakçıların milli geyimləri, ordubad limonu, alana, sucuq, çöçə, ballı qayğanaq, bəy dəstanası və digər şirniyyatlar bütün qonaqları öz estetik görünüşü və dadıyla valeh elədi. Bütün bunlar Milli Mətbəximizin tədqiqatında , tətbiqində və təbliğində Univetsitetin böyük potensialı olduğunu əyanı nümayiş etdirir. Universitetin son illər bu sahədə apardığı işlər də bunu göstərir.

NDU-nun müəllim və tələbələri AMKA-nın Diplom və Sertifikatları ilə təltif olundular , hər birinə “Qərbi Azərbaycanın Şirin İnciləri” kitabı hədiyyə edildi. Əlavə olaraq 50-dən çox kitab NDU- nun digər müəllim, tələbələrinə paylamaq və Univesitet kitabxanası üçün göndərildi .

Biz yüksək səviyyəli çıxışlarına görə Naxcıvan Dövlət Universitetinin rektoru Elbrus müəllim İsayevə və bütün köllektivinə dərin təşəkkürlərimizi ifadə edirik