“Qarabağın biomüxtəlifliyi” adlı kitab 2 dildə nəşrə hazırdır

10
Okt
2024
11:55

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Gənclik və maarifçilik” İctimai Birliyi tərəfindən  “Qarabağın biomüxtəlifliyi” adlı layihə həyata keçirilməkdədir.

İctimai Birliyin rəhbəri və ekspertləri layihənin gedişində son 4 il ərzində Qarabağ regionunda biomüxtəlifliyin tədqiqi ilə bağlı dərc olunmuş məqalə, kitab və tezisləri təhlil etmiş, bu sahədə çalışan alimlərlə fikir mübadiləsi aparmışlar.

Nəticədə, toplanmış və süzgəcdən keçirilmiş materiallar əsasında regionun biomüxtəlifliyini, genetik ehtiyatlarını, torpaq və su resurslarını əks etdirən kitab ərsəyə gətirilmişdir. Kitab iki dildə (Azərbaycan və ingilis) nəşr ediləcək və yayılacaqdır.