Viktor Osimhen "Qalatasaray"a kömək edə bilməyəcək

1
Okt
2024
22:56

Türkiyənin "Qalatasaray" kollektivinin hücumçusu Viktor Osimhen UEFA Avropa Liqasında II turun oyununu zədə səbəbindən buraxacaq.

Azreform.info xəbər verir ki, 25 yaşlı futbolçunun sol ayağında zədə aşkarlanıb.

O, Avropa Liqasının II turunda Latviya təmsilçisi RFŞ-ya qarşı matçda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 3-də Latviyada baş tutacaq.