Polşada qatar relsdən çıxdı, Ukraynada qatarlar dayandı

20
Dek
2023
22:07

Polşada yük qatarı relsdən çıxıb.

Axar.az xəbər verir ki, bu barədə "Ukrzaliznitsia"nın (Ukraynanın Dəmir Yolları) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Polşada qatarın relsdən çıxması nəticəsində Przemysl istiqamətində qatarların hərəkəti təxminən iki saatlıq dayandırılıb.

Ukraynanın Dəmir Yolları qeyd edir ki, onlar mümkün qədər tez bir zamanda nəqliyyatın bərpası üçün polşalı həmkarları ilə əlaqə saxlayırlar.