Tramp qalib gəlsə, Ukraynanı dəstəkləyəcək - Zelenski

29
Sen
2024
15:14

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynanı dəstəkləyəcək.

Azreform.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"ABŞ-da seçkilərdən sonra kimin prezident olacağını bilmirəm. Amma mən Donald Trampdan onun bizim tərəfimizdə olacağı, Ukraynanı dəstəkləyəcəyi barədə birbaşa məlumat aldım", - Zelenski bildirib.

Qeyd edək ki, Tramp Ukraynaya külli miqdarda hərbi-iqtisadi yardımın ayrılmasına qarşıdır.