İranda helikopter qəzası: Ölənlər var

29
Sen
2024
10:49

İranın cənub-şərqində helikopter qəzası baş verib.

Azreform.info xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Təsdiq edilməmiş məlumata görə, helikopter qəzasında Yəmən husilərinin İrandakı koordinatoru Məhəmməd Əbdüs-Salam və bir neçə nəfərin həlak olduğu bildirilir.

Qəzanın sırf texniki, yaxud kənar müdaxilə səbəbindən baş verdiyi məlum deyil.