Təzə əncirin dadı ilə yanaşı, faydaları da diqqət çəkir.
Azreform.info “haber7”yə istinadla xəbər verir ki, tərkibindəki yüksək lif tərkibi həzm sistemini tənzimləyir, təbii şəkər və antioksidantlar orqanizmi zərərli sərbəst radikallardan qoruyur.
Əncirin təkcə ümumi sağlamlığımız üçün deyil, həm də dəri sağlamlığımız üçün güclü faydaları var.
Təzə ənciri əzərək və ya dilimləyərək və birbaşa dəriyə sürtmək olar. Bir neçə dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.
Əncir maskası: Əzilmiş ənciri qatıq və ya balla qarışdıraraq maska hazırlaya bilərsiniz. Bu maskanı dərinizə çəkin, 15-20 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun.
Əncir yağı da dəriyə qulluqda da istifadə edilə bilər. Yağı təmiz pambıqla dərinizə çəkib zərif masaj edə bilərsiniz.
Üzə əncir çəkmək sizə yad təcrübə olsa da, dəri üzərində möcüzəvi təsir göstərir. Tərkibindəki bol C vitamini və antioksidanlar sayəsində ilk növbədə dərini cavanlaşdırır, hamar və parlaq edir.
Digər tərəfdən, üzə əncir tətbiq etmək, sebum istehsal edərək dəri melanini artırır və kollageni təşviq edir. Bu, qırışların və erkən yaşlanmanın qarşısını alır, dəri tonunu bərabərləşdirir, günəş ləkələrini və sızanaq izlərini yox edir.
Billurə