Uşaqlar arasında yayılan səpgili xəstəlik əslində nədir? - Həkim danışdı

23
Sen
2024
16:04

Son vaxtlar uşaqlarda səpgili infeksiya müşahidə olunur.

Azreform.info xəbər verir ki, bunu pediatr Vaqif Qarayev deyib. O bildirib ki, bu xəstəlik qızılca, məxmərək, su çiçəyi və ya skarlatina da deyil:

"Ağız-əl-ayaq" xəstəliyidir. Koksaki virusu tərəfindən törədilir, Oral, fekal-oral yolla ötürülür.
Hərarət yüksəlir, ağızda,əllərdə, ayaqlarda,bəzən genital nahiyədə səpkilər müşahidə olunur. Dərhal həkimə müraciət edilməlidir ki, yuxarıda göstərilən xəstəliklərdən ayırd etsin”.

Mütəxəssisin sözlərinə görə, bu xəstəliyin spesifik müalicəsi yoxdur:

“Hərarətə nəzarət etmək, ağız boşluğunun gigiyenasına fikir vermək lazımdır. Vaxtında həkimə müraciət etmədikdə xoşagəlməz ağırlaşmalar ola bilər. 5-7  gün ərzində keçir”.

Qeyd edək ki, bundan əvvəl isə pediatr Qoşqar İsmayılov son günlər uşaqlar arasında qızılcayabənzər skarlartina xəstəliyinin yayıldığını bildirib.

Billurə Yunus