Suriyada yaşayan 20 yaşında gəncin başına gələnlər eşidənləri təəccübləndirib.
Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, 14 yaşından bəri hər il mövsümi keçidlər zamanı davamlı olaraq burnu axan gənc həkimə müraciət edib.
Adı açıqlanmayan şəxs həm də şiddətli bağ ağrısından əziyyət çəkib.
Yoxlanışlar nəticəsində oğlanın burun axıntısının soyuqdəymə ilə bağlı olmadığı üzə çıxıb.
Həkimlər kəllə sümüyündən beyin mayesinin burnuna sızdığını aşkar edib.
Axıntının beyni və onurğa beynini qoruyan onurğa beyni mayesi (CSF) olduğu bildirilib.
6 il əvvəl yol-nəqliyyat hadisəsi zamanı kəllə-beyin travması alan gəncin baş ağrısı, qıcolma əlamətləri və burnundan daimi şəffaf maye çıxması müşahidə olunub və bu ciddi simptomlara baxmayaraq həkimə müraciət etməkdən imtina edib.
Beyin müayinəsi nəticəsində gənc beyin infeksiyası olan meningoensefalit səbəbindən xəstəxanaya yerləşdirilib.
Bu ziyarət zamanı aparılan MRT-də beyin toxumasının burun boşluğuna sızdığı və kəllə dibində qırıq olduğu müəyyən edilib. Müalicədən imtina edən şəxs iki ay sonra təkrar müayinəyə gələndə MRT yenə də eyni problemi göstərib. Bu dəfə gənc müalicəni qəbul edib.
Əməliyyatla zədələnmiş beyin toxuması və qırılan kəllə bazası tibbi sement və yapışdırıcı ilə bərpa edilib.
Beləcə kişinin baş ağrıları, burnunun axması və qıcolmaları tamamilə bitib.
Billurə Yunus