ABŞ-nin Yəməndə İranın dəstəklədiyi husilərin (“Ənsar Allah”) hücumlarına qarşı Qırmızı dənizdə “hava nəqliyyatına nəzarəti” qorumaq üçün koalisiya qurduqdan sonra İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) 55 min nəfərlik dəniz polisi qrupu yaratdıqlarını açıqlayıb.
Azreform.info xəbər verir ki, SEPAH Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əli Rza Tengsiri bu barədə məlumat verib.
Dənizlərdə fəaliyyət göstərəcək polis qüvvələri yaratdıqlarını deyən Tengsiri, indi okean səfərbər qüvvələri (Bəsiç) yaratdığını və bunların Tanzaniyaya çatacaq qədər böyük qayıqları olduğunu bildirib.
İranlı komandir 55 min nəfərdən ibarət dəniz səfərbər qüvvələrini ilk olaraq Fars körfəzində qurduqlarını və növbəti mərhələdə ölkənin şimalındakı (Xəzər dənizi) sularda qurmağı planlaşdırdıqlarını qeyd edib.
Tengsiri məlumat verib ki, səfərbərlik qüvvələrinə aid qayıqlar 107 millimetrlik raketlərlə təchiz edilib.