Müxalif Mərkəz Partiyasının sədri, Tallin şəhərinin meri Mixail Kolvart Estoniya parlamentinin sədrinə respublikanın Baş naziri Kay Kallasın istefasını tələb edən petisiya təqdim edib.
Azreform.info xəbər verir ki, bu barədə siyasi partiyanın mətbuat xidməti məlumat yayıb.
Partiyanın təşəbbüsü ilə parlamentə müraciəti 30 minə yaxın ölkə sakini imzalayıb. Kolvartın sözlərinə görə, bu, cəmiyyətdə artan narazılığı açıq şəkildə əks etdirir.
“Hökumət iqtisadiyyatın tənəzzülə davam etdiyini, insanların yoxsullaşdığını, müəssisələrin müflisləşməsini və işsizliyin artmasını boş-boş izlədi. Baş nazir insanlara kömək etmək əvəzinə yalnız vergiləri artırmaqla məşğuldur”, - o qeyd edib.