Aclığa görə yüzlərlə fil öldürüləcək

15
Sen
2024
03:21

Zimbabve qida çatışmazlığı və uzun sürən quraqlıq səbəbindən ölkədə aclıq təhlükəsi səbəbindən 200 fili öldürəcək.

Azreform.info ” xəbər verir ki, bunu Britaniyanın “The Guardian” nəşrinə Zimbabvenin ətraf mühit naziri Sithembiso Nyoni bildirib.

“ZimParks və bəzi icmalarla Namibiyanın etdiklərini həyata keçirmək imkanını müzakirə edirik. Belə ki, filləri kəsərək ətlərini qurudacıq. Bunun üçün də qadınları səfərbər etməyi düşünürük. Onlar zülala ehtiyacı olan icmalara getməsini təmin etmək üçün qurudulmuş ətləri qablaşdıracaqlar”, - deyə nazir qeyd edib