Aİ ölkələrinin nazirləri təbii qaz qiymətlərinə qoyulan məhdudiyyətin 2024-cü il dekabrın 31-dək məhdudlaşdırılmasını nəzərdə tutan fövqəladə enerji tənzimləmə tədbirlərinin uzadılması ilə bağlı siyasi razılığa gəliblər.
“Azreform.info ” bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“İtaliya təbii qaz qiymətlərinə qoyulan məhdudiyyətin bir il müddətinə uzadılmasına nail olub. Bu gün Aİ-nin Enerji Şurasında yaşıl işıq yandırılıb”, - ölkənin ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratin deyib.