Braziliyada sevgilisinin ad gününü qeyd etmək üçün kartinqə gedən qız dəhşətli hadisə yaşayıb.
Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, 17 yaşlı Heloisa Kristina Heliodoronun saçları kartinq mühərrikinə dolaşıb.
Xəstəxanaya aparılan gənc qızın baş dərisinin 80%-i qopub.
Heliodoronun anası qızının qəza zamanı təhlükəsizlik geyimi və dəbilqə taxdığını, lakin uzun saçlarının riskləri barədə xəbərdarlıq edilmədiyini söyləyib. Həmçinin qızının psixoloji dəstəyə və uzun bir müalicə prosesinə ehtiyacı olduğunu bildirib.
Heloisa hazırda dəri transplantasiyası əməliyyatı gözləyir.
Hadisənin polis tərəfindən araşdırılıb-araşdırılmadığı hələlik məlum deyil.
Günay