Macarıstanın Baş naziri Viktor Orban sosial media hesabında maraqlı paylaşım edib.
“İndiyə qədər bağladığım ən yaxşı müqavilə. Bir at gücünə mən 435 at gücü qazandım”.
Baş nazir bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstana rəsmi səfərindən sonra yazıb.
Qeyd edək ki, səfər zamanı R.T. Ərdoğan Viktor Orbana “TOGG” elektromobili, Orban isə Türkiyə Prezidentinə at hədiyyə etmişdi.